“İnter” polşalı müdafiəçi alır

“İnter” polşalı müdafiəçi alır

İtaliya “İnter”i qış transfer pəncərəsində heyətinə müdafiəçi qatmağı planlaşdırır. Milanlılar Polşa yığmasının üzvü Bartoş Bereşinskinin keçidində maraqlıdır.

Ötən yay Naytan Nandesin transferini reallaşdıra bilməyən “İnter” uruqvaylının keçidinə ümidini itirib. Bu üzdən “neradzurra” “Sampdoriya”da çıxış edən polşalıya göz dikib. 2023-cü ildə müqaviləsi başa çatacaq polşalının qiyməti də “İnter” üçün münasib sayılır.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un istədiyi futbolçuya 120 milyon qiymət qoyuldu

Növbəti yazı

Simona Halepin Lints sınağı