“İnter” İnzaqini saxlayır
İtaliya “İnter”i baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzadacaq. Milan təmsilçisi 45 yaşlı mütəxəssisin işindən razıdır.
Bu üzdən yaxın müddətdə onunla danışıqlara start veriləcək. Klub rəhbərliyi İnzaqi ilə sonradan daha bir mövsümlük uzadıla biləcək 2024-cü ilədək nəzərdə tutulan anlaşma imzalamağı planlaşdırır.