“İnter” İnsinyeni gözləyir

“İnter” İnsinyeni gözləyir

İtaliyanın “Napoli” klubunun futbolçusu Lorenso İnsinye karyerasını “İnter”də davam etdirə bilər. Buna hücumçu və Neapol klubu arasında yeni müqavilənin razılaşdırılmaması səbəb olacaq.

İnsinye komandasını dəyişmək istəmir. Lakin onunla “Napoli” maaşla bağlı ortaq məxrəcə gələ bilmir. Lorenso bu rəqəmin artırılmasını, klub rəhbərliyi isə hətta azaldılmasını istəyir.

Bunun hücumçunun “İnter”ə keçidinə səbəb olacağı gözlənilir. İnsinyeni heyətinə qatmaq istəyən milanlılar onun şərtlərini qəbul etməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

Avrokuboklar tarixində 3-cü

Növbəti yazı

Azərbaycan millisində 26 futbolçu