“İnter” finalda

“İnter” finalda

İtaliya kubokunda ilk finalçı bəlli olub. Yarımfinalın cavab oyununda “Milan”ı 3:0 hesabı ilə məğlub edən “İnter” həlledici matça vəsiqə qazanıb.

Səfər görüşündə qolsuz heç-heçə edən “neradzurri” Lautaro Martinesin iki, Robin Qosensin bir qolu ilə qalib gəlib. “İnter”in finaldakı rəqibi bu gün bilinəcək.

Qeyd edək ki, digər yarımfinalda “Yuventus” “Fiorentina”nı qəbul edəcək. İlk matçda turinlilər 1:0 hesabı ilə qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” “Mançester Yunayted”i böyük hesabla məğlub etdi

Növbəti yazı

Günün kuponu – 20.04.2022