“İnter” Dibala transferində israrlıdır

“İnter” Dibala transferində israrlıdır

“İnter” Paulo Dibalanın transferindən vaz keçməyib. Milan klubu Argentina millisinin üzvü ilə danışıqları yenidən bərpa edib.

29 yaşlı oyunçu “Roma”, “Napoli” və “Milan”ın da maraq dairəsindədir. Ancaq “İnter” bu mübarizədən qalib ayrılmaq üçün Dibalaya əvvəlkindən daha yaxşı şərtlər təklif edib. Oyunçu yayda “Yuventus”dan ayrıldığından, hazırda azad agentdir.

Qeyd edək ki, Paulo Dibala 39 oyunda 15 qol, 6 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Ekitike PSJ-də

Növbəti yazı

Fabreqas və Suares “Barselona”da