”İnter” 20-ci dəfə İtaliya çempionu oldu

”İnter” 20-ci dəfə İtaliya çempionu oldu

İtaliya A Seriyasında 33-cü tura yekun vurulub. “Derbi della Madonnina” adlanan Milan derbisi baş tutub.

“Milan”ın ev sahibliyi etdiyi oyunda “İnter” qələbə qazanıb. Əldə olunan 3 xal Simone İnzaginin yetirmələrinə İtaliya çempionu titulunu təmin etmək imkanı verib. 86 xal toplayan “göy-qaralar” ən yaxın izləyicisi “Milan”ı 17 xal qabaqlayıblar.

Bununla da, “İnter” tarixində 20-ci dəfə A Seriyasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Kannavaro “Udineze”də

Növbəti yazı

“Çelsi”də ayrılıq