“İnter” 11 ildən sonra ilk dəfə finalda

“İnter” 11 ildən sonra ilk dəfə finalda

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Milan”ı 3:0 hesabı ilə məğlub edən “İnter” finala yüksəlib. “Neradzurra” bununla 11 illik həsrətə son qoyub.

Komanda sonuncu dəfə 2011-ci ildə İtaliya kubokunda final həyəcanı yaşayıb. Həmin vaxt həlledici matçda “Palermo”nu üstələyən milanlılar (3:1) turnirin qalibi olub.

Qeyd edək ki, “Milan”la “İnter” arasında ilk oyun qolsuz bərabərliklə yekunlaşıb. “İnter”in finaldakı rəqibi bu gün keçiriləcək “Yuventus” – “Fiorentina” (ilk görüş 1:0) qarşılaşmasının qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Dünya rekordu Messidə

Növbəti yazı

“Qrizlis”dən klub tarixinin ən böyükhesablı qələbəsi