İngiltərədən unikal göstərici

İngiltərədən unikal göstərici

İngiltərə AVRO-2024-ün ilk matçında Serbiya ilə qarşılaşıb. “Üç aslan” 1:0 hesablı qələbəyə sevinib.

Britaniyalılar Avropa çempionatında ardıcıl 5-ci dəfə qrup matçında meydanı qol buraxmadan tərk edib. Bununla da, komanda turnirin rekorduna imza atıb. İngilislərin quru seriyası AVRO-2016-dan başlayıb. Həmin turnirdə qrup mərhələsinin son qarşılaşmasında Slovakiya (0:0) ilə heç-heçə oynayan İngiltərə AVRO-2020-də qrup mərhələsində qapısını toxunulmaz saxlayıb. Onlar Xorvatiya (1:0) və Çexiyaya (1:0) qalib gəliblər, Şotlandiya (0:0) ilə görüşdə isə hesab açılmayıb.

ETOPAZ

Əvvəlki yazı

Ukrayna Rumıniyaya qarşı

Növbəti yazı

“Qırmızı iblislər” ilk oyununa çıxır