İngiltərə millisində ayrılıq

İngiltərə millisində ayrılıq

İngiltərə millisində ayrılıq baş verib. Çalışdırıcı Qaret Sautqeyt postundan ayrılıb.

Bunu “üç aslanlar”ın mətbuat xidməti açıqlayıb. 53 yaşlı mütəxəssis öz istəyi ilə komandanı tərk edib. 2016-cı ilin sentyabrından İngiltərə millisinə rəhbərlik edən Sautqeyt yığmanı dünya çempionatlarında iki dəfə yarımfinala (2018, 2022), Avropa çempionatlarında (2020, 2024) iki dəfə finala daşıyıb.

Qeyd edək ki, İspaniya ilə AVRO-2024-ün final matçı (1:2) mütəxəssisin yığmadakı son oyunu olub.

ETOPAZ

Əvvəlki yazı

Mbappe “Real”la müqavilə imzaladı

Növbəti yazı

Premyer Liqada yeni mövsümün püşkü atıldı