İnfantinodan DÇ-2030-la bağlı yeni təklif
FİFA-nın prezidenti Canni İnfantino DÇ-2030-la bağlı yeni təklif irəli sürüb. Qurum başçısı çempionatın İsrail və Yaxın Şərqin digər ölkələrində keçirilməsi ideyası ilə çıxış edib.
O, İsrailin baş naziri Naftali Bennettlə görüşündə məsələni müzakirə edib. İnfantino DÇ-2030-un İsrail, Fələstin və bölgənin digər yerlərində keçirilməsi variantına toxunub.
Xatırladaq ki, DÇ-2030-un meydan sahibi 2024-cü ildə keçiriləcək FİFA-nın 74-cü konqresində müəyyənləşəcək.