İlk dəfə 2-ci pillədə
ABŞ-ın Tsintsinatti şəhərində keçirilən tennis turnirləri dünya reytinqində dəyişikliyə səbəb olacaq. Belarus təmsilçisi Arina Sobolenko karyerasında ilk dəfə 2-ci sıraya yüksələcək. ABŞ-dakı turnirdə 3-cü səpələnmiş olan belaruslu uğursuz çıxış edib və 2-ci mərhələdə mübarizəni dayandırıb.
Amma 23 yaşlı belaruslu dünya reytinqində Naomi Osakanı 2-ci sıradan sıxışdıra bilib. Ötən ilin finalçısı olan Naomi bu dəfə 3-cü raundda yarışla vidalaşıb. Bu da onun 480 xal itirməsi ilə nəticələnib.
Sobolenko karyerasında 10 dəfə WTA turnirlərinin qalibi olub. Onlardan ikisi bu ilə təsadüf edib.