İlin qapıçısı açıqlandı

İlin qapıçısı açıqlandı

2023-cü ilin ən yaxşı qapıçısı müəyyənləşib. Bu siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası açıqlayıb.

İFFHS-in cədvəlinə İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Ederson başçılıq edir. Braziliyalı əlcək sahibi səsvermədə 145 xal toplayıb.

1. Ederson (Braziliya, “Mançester Siti” (İngiltərə)) – 145

2. Emiliano Martines (Argentina, “Aston Villa” (İngiltərə)) – 76

3. Tibo Kurtua (Belçika, “Real” (İspaniya)) – 73

4. Mark-Andre ter Ştegen (Almaniya, “Barselona” (İspaniya)) – 58

5. Yan Oblak (Sloveniya, “Atletiko” (İspaniya)) – 36

6. Canluici Donnarumma (İtaliya, PSJ (Fransa)) – 23

7. Yassin Bunu (Mərakeş, “Sevilya” (İspaniya) / “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)) – 22

8. Alisson (Braziliya, “Liverpul” (İngiltərə)) – 19

9. Andre Onana (Kamerun, “İnter” (İtaliya) / “Mançester Yunayted” (İngiltərə)) – 16

10. Mayk Menyan (Fransa, “Milan” (İtaliya)) – 13

ETOPAZ

Əvvəlki yazı

Ronaldo zirvədə

Növbəti yazı

NBA-da antirekord