İlin ən yaxşı turnirləri

İlin ən yaxşı turnirləri

ATP ilin ən yaxşı turnirlərini açıqlayıb. Tennisçilər arasında keçirilən səsvermə ilə üç kateqoriyada ən yaxşılar müəyyənləşib.

ATP-1000 turnirlərində İndian-Uellsdəki yarış qalib olub. Bu turnir 7-ci dəfə fərqləndirilib.

ATP-500 kateqoriyasında Vyana turniri birinci olub. Avstriya paytaxtındakı yarış ilk dəfə belə uğur qazanıb. ATP-250 səviyyəli Doha turniri isə 4-cü dəfə ən yaxşı seçilib.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”dan ardıcıl 3-cü məğlubiyyət

Növbəti yazı

“Barselona” uğursuz seriyanı qırdı