İki güləşçimiz Avropa çempionu oldu

İki güləşçimiz Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında növbəti medallarını əldə edib. Komandanın lideri Hacı Əliyev qızıl medal qazanıb.

O, 70 kq çəkinin finalında Bolqarıstan təmsilçisi Ramazan Ramazanovu məğlub edib – 10:3. Hacı bununla da, Avropa çempionatının dördqat qalibi olub.

57 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə isə həlledici görüşdə türkiyəli Süleyman Atlı ilə üz-üzə gəlib. O, rəqibini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib. Bu, Rzazadənin ilk Avropa çempionluğudur.

ETOPAZ

Əvvəlki yazı

Kyeza A seriyası yolunda

Növbəti yazı

“Milan” və “Real” yarımfinalda