İkardi üç italyan klubunun hədəfində

İkardi üç italyan klubunun hədəfində

PSJ-nin hücumçusu Mauro İkardi qış transfer pəncərəsində “Yuventus”a keçməsə də, A Seriyasının digər klubları onunla maraqlanır. “Milan”, “Napoli” və “Roma” 29 yaşlı argentinalı futbolçunu nəzərdən keçirir.

“Milan” hücum xəttini cavanlaşdırmaq istəyir, “Napoli” və “Roma” isə mərkəz hücumçusu mövqeyində rəqabəti gücləndirməyi planlaşdırır.

İkardi PSJ-yə 2019-cu ildə “İnter”dən keçib. Parislilər əvvəlcə futbolçunu bir illik icarəyə götürüb, sonra isə 50 milyon avroya transfer edib.

Bu mövsüm Liqa 1-də 20 matçda meydana çıxan İkardi 4 qol vurub. Hücumçunun müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

ETOPAZ

Əvvəlki yazı

Akapulkoda rekord iki dəfə yeniləndi

Növbəti yazı

Lakazett “Arsenal”ı tərk edəcək