İbrahimoviçin 1 funt sterlinqi

İbrahimoviçin 1 funt sterlinqi

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç “Mançester Yunayted”də oynadığı vaxt xoşagəlməz hadisə ilə üzləşib. Bunun skandinaviyalı forvardın özü açıqlayıb. 40 yaşlı veteran bildirib ki, 2016-2018-ci illərdə formasını geyindiyi klubda onun 1 funt sterlinqi kəsilib:

“Hər kəs “Mançester Yunayted”i dünyanın ən zəngin və güclü klubu kimi tanıyır. Kənardan mənə də elə gəlirdi, ancaq orada özümü dar zehniyyət içində gördüm. Bir oyundan əvvəl komanda ilə oteldə idik. Susadığım üçün otaqdakı mini-barı açıb meyvə şirəsi içdim. Matçdan bir müddət sonra evə maaşın çeki gəldi. Adətən o kağıza baxmıram. Amma bu dəfə maraqlı gəldi, baxdım. 1 funt sterlinq kəsildiyini gördüm. Kluba zəng vurub səbəbini soruşdum. Mini-bardan götürdüyüm meyvə şirəsinə görə o pulun kəsildiyini dedilər. İtaliyada əsla belə şey ola bilməz. Bunlar futbolçuların hörmətini qazanan detallardır”.

ETOPAZ

Əvvəlki yazı

Alleqri ikinci sırada

Növbəti yazı

Devis kubokunda 15 qalib