İbrahimoviç futbol agenti olmaq niyyətindədir

İbrahimoviç futbol agenti olmaq niyyətindədir

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı vacib qərar verib. Təcrübəli oyunçu futbol agenti ola bilər.

40 yaşlı isveçli aprelin 30-da dünyasını dəyişən keçmiş agenti Mino Rayolanın şirkətində yayda işə başlamaq niyyətindədir. Belə olan halda İbrahimoviç Mino Rayolanın əmisi oğlu Vinçenzo Rayolanın rəhbərliyi altında çalışacaq.

Qeyd olunur ki, İbrahimoviç əvvəllər agent karyerası haqda düşünüb, lakin Mino Rayolanın ölümü onun yeni vəzifəyə keçid prosesini sürətləndirə bilər. Hücumçunun “Milan”la müqaviləsi 2022-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Bundan sonra o, futbolçu karyerasını bitirib agentliyə başlaya bilər.

ETOPAZ

Əvvəlki yazı

Cekson NBA-ya qayıdır

Növbəti yazı

Roberto “Barselona” ilə yeni müqavilə bağlayır