İbrahimoviç əməliyyat olmasa, oynamağa davam edəcək

İbrahimoviç əməliyyat olmasa, oynamağa davam edəcək

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç qərarını açıqlayıb. O, əməliyyata ehtiyacı olmadığı təqdirdə futbolu tərk etməyəcəyini bildirib.

40 yaşlı oyunçu daha bir mövsüm oynamaq istəyir. Lakin son qərarı özü verəcək. İsveçli əməliyyata ehtiyacı olub-olmadığını öyrənmək üçün yaxın həftələrdə müayinədən keçəcək.

Əgər futbolçunun əməliyyata ehtiyacı olmasa, o zaman “Milan” rəhbərliyi hücumçuya bir illik müqavilə təklif edəcək. Əks halda o, karyerasını bitirə bilər. Klub İbrahimoviçin qərarından asılı olmayaraq yeni mərkəz hücumçusu axtarışına davam edir.

ETOPAZ

Əvvəlki yazı

Fred karyerasını bitirir

Növbəti yazı

“Çelsi”nin transferlərə ayıracağı büdcə açıqlandı