İbrahimoviçə yeni müqavilə

İbrahimoviçə yeni müqavilə

“Milan” Zlatan İbrahimoviçə yeni müqavilə təklif edəcək. Sözləşmə 2,5 milyon avroluq olacaq.

Klub mövsümün sonunda azad agentə çevrilə biləcək hücumçu ilə müqaviləni uzatmağa hazırdır. Aprelin sonunda “rossonerilər” 40 yaşlı isveçli ilə danışıqlar aparmağı, ona 2,5 milyon avro maaş və bonuslarla yeni müqavilə təklif etməyi planlaşdırır. Sözləşmə bir illik nəzərdə tutulub.

Qeyd edək ki, İbrahimoviç hazırda mövsümdə 7 milyon qazanır. Hücumçu A seriyasında 18 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Benzema meydanlara dönür

Növbəti yazı

Buker və Tauns 11.000-ə çatdılar