“Hyuston” müdafiəçisinə klub axtarır

“Hyuston” müdafiəçisinə klub axtarır

Con Uoll “Hyuston”dan ayrılacaq. Bununla bağlı basketbolçu ilə klub arasında razılıq əldə olunub. “Rokets” 31 yaşlı müdafiəçiyə yeni klub tapmalıdır. Həmin vaxta qədər ulduz oyunçu komandanın məşqlərində iştirak edəcək. O, 2021/22 mövsümünün oyunlarında Hyuston təmsilçisinin formasını geyinməyəcək. Klub rəhbərliyi 2 illik müqaviləsi qalan Uollun anlaşmasını almayacaq. Çünki bu müddət üçün müdafiəçi 91,7 milyon dollar qazanmalı idi.

Uoll “Rokets”də bir mövsüm keçirib. O, 40 oyunda meydana çıxıb. Basketbolçu bu görüşlərdə orta hesabla 20,6 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Rikardo Teyşeyranın ömürlük cəzası qüvvədə qaldı

Növbəti yazı

Ronaldodan stüarda hədiyyə