“Hyuston” debüt etməyən müdafiəçi ilə vidalaşdı

“Hyuston” debüt etməyən müdafiəçi ilə vidalaşdı

“Hyuston” basketbolçusu Dante Ekzamla yollarını ayırıb. 26 yaşlı müdafiəçi ilə müqaviləyə xitam verilib.

Avstraliyalı müdafiəçi bu ilin yanvarında “Rokets”ə keçmişdi. Uzun müddət zədədən əziyyət çəkən Ekzam Hyuston təmsilçisində bir oyun da keçirməyib.

Klub rəhbərliyi ötən ay müdafiəçi ilə yeni anlaşma imzalamışdı. O, qarşıdakı üç mövsüm ərzində 15 milyon dollar qazanmalı idi. Lakin debütü baş tutmayan basketbolçu ilə vidalaşmağa qərar verilib.

Xatırladaq ki, Ekzam ötən mövsüm zədəyə qədər “Klivlend”də 6 oyun keçirib. O, orta hesabla 3,8 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 17.10.2021

Növbəti yazı

Norri Cokoviçə çatdı