Hummels ən yaxşı seçildi
Çempionlar Liqasının yarımfinal mərhələsində “Borussiya” PSJ-ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0.
Matçdan sonra oyunun ən yaxşısının adına aydınlıq gəlib. Bu ada dortmundluların müdafiəçisi Mats Hummels layiq görülüb. Qarşılaşmadan sonra ona xatirə mükafatı təqdim olunub.