“Hit”ə 25.000 dollar cəza
Şərq Konfransı finalının “Boston”la altıncı oyununda (111:103, 3-3) “Mayami” qayda pozuntularına yol verib. NBA ehtiyat oyunçular skamyasında oyunçuların davranış qaydalarını pozduğuna görə “Hit”i cərimələyib.
Liqanın rəsmi açıqlamasına görə, oyun epizodları zamanı basketbolçular dəfələrlə oturacaqlarından qalxaraq texniki zonanı tərk ediblər. NBA-nın qərarına əsasən, “Mayami”nin 25.000 dollar cərimə ödəməsi tələb olunur.