Hiddink PSV-yə dönür

Hiddink PSV-yə dönür

PSV-nin baş məşqçisi təyin ediləcək Ruud van Nistelroyun korpusunda çalışacaq mütəxəssislər bəlli olub. Sabiq hücumçunun köməkçisi vəzifəsini Fred Rutten yerinə yetirəcək.

Van Nistelroyun rəhbərlik etdiyi məşqçilər korpusunda Qus Hiddink də yer alacaq. O, koordinator vəzifəsini icra edəcək.

Bu, Hiddinkin PSV-yə üçüncü gəlişidir. 1984-87-ci illərdə baş məşqçinin köməkçisi kimi çalışan mütəxəssis 1987-90-ci illərdə komandaya rəhbərlik edib. O, 2002-06-cı illərdə də bu vəzifəni tutub.

Qeyd edək ki, PSV Hiddinkin rəhbərliyi altında 6 dəfə Niderland çempionu, 4 dəfə ölkə kubokunun, 1 dəfə Çempionlar kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Suarez “Atletiko”dan ayrılır

Növbəti yazı

Sevil Mayami turnirinin tarixinə düşdü