Hidayət Heydərov 1/4 finalda

Hidayət Heydərov 1/4 finalda

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparır. Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb. Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) – İqor Vandtke (Almaniya) cütünün qalibi ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Anna Başta 1/8 finalda

Növbəti yazı

AFFA rəsmisi Konfrans Liqası matçında