Henderson “Əl İttifaq”da
“Liverpul”da ayrılıq baş verib. Cordan Henderson komandanı tərk edib.
O, Səudiyyə Ərəbistanının “Əl İttifaq” klubuna transfer olunub. Yarımmüdafiəçi “Liverpul”da 12 il keçirib və bu müddət ərzində 8 kubok qazanıb. Hendersonun Ərəbistan təmsilçisi ilə müqaviləsi 3 illikdir.