Hardendən 60-ci tripl-dabl

Hardendən 60-ci tripl-dabl

“Bruklin”in basketbolçusu Ceyms Harden mövsümdə ikinci dəfə tripl-dabla imza atıb. Müdafiəçi “Detroyt”la görüşdə 13 xal, 10 ribaund və 10 ötürmə ilə 96:90 hesablı qələbəyə töhfə verib.

O, “Nets”in heyətində 14-cü dəfə tripl-dabl müəllifi olub. Harden karyerasında 60-cı dəfə buna nail olub.

Ceyms bu göstəricidə əfsanəvi Larri Berdi keçib. Müdafiəçi NBA tarixində 7-ci olub.

ETOPAZ

Əvvəlki yazı

“Real” Vinisiusa 1 milyard avro qiymət qoydu

Növbəti yazı

“Mançester Siti” derbidəki həsrətə son qoydu