Hames Rodriges “Əl-Rəyyan”da

Hames Rodriges “Əl-Rəyyan”da

Kolumbiya millisinin futbolçusu Hames Rodrigesin yeni klubu bəlli olub. İngiltərə “Everton”unun yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək.

30 yaşlı cənubi amerikalı “Əl-Rəyyan” klubuna keçəcək. Tərəflər arasında transferlə bağlı bütün məsələlər razılaşdırılıb.

Artıq Hames də tibbi müayinədən keçib. Keçid yaxın müddətdə rəsmiləşəcək.

Xatırladaq ki, Rodriges 2020-ci ildə “Real”dan “Everton”a azad agent kimi keçib.

ETOPAZ

Əvvəlki yazı

FİFA beynəlxalq yarışların təqvimini müzakirəyə çıxarır

Növbəti yazı

Messi “Mets”ə qarşı oynamayacaq