Haaland Ronaldonu keçə biləcəkmi?

Haaland Ronaldonu keçə biləcəkmi?

“Mançester Siti”nin futbolçusu Erlinq Holand daha bir rekordun astanasındadır. Norveçli hücumçu bunu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda rəsmiləşdirə bilər. 

O, bu gün baş tutacaq görüşdə fərqlənə bilsə, bir mövsümdə ən çox qol vuran futbolçu adına sahib olacaq. 22 yaşlı forvard bu rekorda sabiq “Barselona”lı Ronaldo ilə şərikdir. Onların hər ikisinin aktivində 47 qol var. “Yekədiş” 1996/97 mövsümündə 47 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Futbolu avtomobil idmanına dəyişdi

Növbəti yazı

Messi “Barselona”nın hədəfində