Haaland aprelə qədər dönməyəcək

Haaland aprelə qədər dönməyəcək

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haalandın durumu müəyyənləşib. O, zədə səbəbindən ən azı bir ay meydana çıxa bilməyəcək.

21 yaşlı futbolçunun bud nahiyəsindən aldığı xəsarət sağalmaqda davam edir. Onun zədəsi bu yaxınlarda yenidən özünü göstərib. Bu səbəbdən norveçlinin qayıdışı aprelin əvvəlindən tez olmayacaq. O, sonuncu dəfə yanvarın 22-də meydanda çıxış edib.

Qeyd edək ki, Haaland bu mövsüm 20 oyunda 23 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Çempionat oyunu yarımçıq qaldı

Növbəti yazı

“Nyu Orlean” tarixində ilk dəfə