Çempionat oyunu yarımçıq qaldı

Çempionat oyunu yarımçıq qaldı

Niderland çempionatının “Vitess” – “Sparta” oyunu yarımçıq dayandırılıb. Buna meydan sahiblərinin azarkeşinin meydana girməsi səbəb olub.

Hadisə 25-ci turun qarşılaşmasının sonlarında baş verib. Fanat rəqib qapıçısı Madyk Okoyeyə hücum çəkib və dərhal tribunaya qayıdıb. Qolkiperə plastik su qabı atıldıqdan sonra stadionda iğtişaş başlayıb. Hakim görüşü dayandırmaq məcburiyyətində qalıb. Həmin an “Sparta” 1:0 hesabı ilə öndə olub.

Matçın taleyinə İntizam Komitəsi aydınlıq gətirəcək. Görüşün oynanılmayan hissəsinin, yoxsa bütün matçın yenidən keçiriləcəyi qurumun qərarından asılı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“İnter” 5 oyunluq seriyanı bitirdi

Növbəti yazı

Haaland aprelə qədər dönməyəcək