Həftənin ən yaxşısı açıqlandı

Həftənin ən yaxşısı açıqlandı

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun öz saytında azarkeşlər arasında keçirdiyi sorğuda “Braqa”nın (Portuqaliya) oyunçusu Rikardu Horta 1-ci olub. O, Ceyms Tavernye (“Reyncers”, Şotlandiya), Mehdi Taremi (“Portu”, Portuqaliya) və Ruslan Malinovskini(“Atalanta”, İtaliya) qabaqlayıb.

Qeyd edək ki, Horta 1/16 finalında “Şerif”lə” cavab matçında (2:0) 1 qol vurub, 1 qolun ötürməsini verib.

ETOPAZ

Əvvəlki yazı

“Statistikam ən yaxşı olduğumu deyir”

Növbəti yazı

Günün kuponu – 26.02.2022