Günün şansı – 30.03.2024
“Şarlott Hornets” – “Qolden Steyt Uorriors” – 2
“Qolden Steyt Uorriors” üçün play-off uğrunda hər matç önəmlidir. “Döyüşçülər”in Şarlott səfərindən qalib ayrılacağını düşünürəm.
“Bruklin Nets” – “Çikaqo Bulls” – 2
Gözlənilməz məğlubiyyətlərlə özünü çətin duruma salan “Çikaqo” vəziyyəti düzəltmək üçün qarşıdaki matçlarda qalib gəlməlidir. Bu dəfəki rəqib autsayder “Bruklin”dir. Qonaqların, yəni “Çikaqo”nun matçda qalib gələcəyini düşünürəm.
“Sakramento Kinqs” – “Dallas Meveriks” – 1
Pley-off mübarizəsində mövqeyini gücləndirmək istəyən iki komanda münasibətlərə aydınlıq gətirəcək. “Sakramento” öz meydanında “Dallas”ı qəbul edəcək. Meydan sahiblərinin qalib gələcəyini iddia edirəm.