Günün şansı – 24.01.2023

Günün şansı – 24.01.2023

Portland Blazers – SA Spurs – 1

Son oyunda böyük üstünlüyü əldən verərək məğlub olan “Portland Blazers” öz meydanında “Spurs” ilə qarşılaşacaq. Bu mövsüm iddialı olmayan “Spurs”ün səfərdə qələbə qazanması real görünmür. Matçı meydan sahiblərinin qazanacağını düşünürəm.

Çikaqo Bulls – Atlanta Havks – 1

Pley-off mübarizəsi aparan “Çikaqo” öz meydanında “Atlanta” ilə qarşılaşacaq. Matçın aşkar favoriti olmasa da, meydan sahiblərinin qalib gələcəyinə inanıram.

Sakramento Kinqs – MEM Grizzlies – 1

Günün növbəti maraqlı qarşılaşması Sakramentoda baş tutacaq. Şəhərin eyniadlı komandası “Memfis”lə qarşılaşacaq. Bu matçın da aşkar favoriti yoxdu. Hər iki komanda liqanın stabil kollektivlərindədi. Buna baxmayaraq, matçın meydan sahiblərinin xeyrinə bitəcəyini düşünürəm.

İlkin Məmmədov

Əvvəlki yazı

İbrahimoviç karyerasını bitirməyə hazırlaşır

Növbəti yazı

“Lester” “Şaxtyor”un futbolçusunu istəyir