Günün şansı – 18.11.2022
LA Leykers – Detroit Pistons – 1
Mövsümə uğursuz başlayan və hələ də oyun ritmini tapa bilməyən “Leykers” öz meydanında detroitliləri sınağa çəkəcək. Autsayderlərin qarşılaşmasında “Leykers”in sevinən tərəf olacağını düşünürəm
Qolden Steyt – NY Niks – 1
Uğursuz seriyada olan son çempion “Qolden Steyt” bu matçda daha iddialı olacağı gözlənilir. Meydan sahiblərinin qalib gələcəyini düşünürəm
Memfis Qrizlis – Oklahoma – 1
9 qalibiyyət və 6 məğlubiyyətlə irəliləyən “Memfis”in rəqibi 7 qələbəsi olan “Oklahoma”dı. Oyunun aşkar favoriti olmasa da, “Memfis”in qalib gələcəyini iddia edirəm