Günün kuponu
“Sampdoriya” – “İnter” qol/qol – əmsal 1,68.
“Sampdoriya” yeni mövsümdə hələ qol vurmayıb, “İnter” isə qapısından cəmi bir top buraxıb. Bir də ortada şəxsi oyunların statistikası var: tərəflərin son 5 duelinin hamısında hər iki komanda qol vurub. Fikrimcə, ənənə bu dəfə də davam edəcək. Genuya tiffozisi sevimli komandalarının mövsümdə ilk qol və ya qollarını görəcək, “İnter” də borclu qalmayacaq.
“Real Madrid” – “Selta” qol/qol – əmsal 1,80.
“Real” lider olsa da, 3 oyuna qapısında 4 qol görüb. Müdafiədəki problemlər rəqiblərin işinə yarayır. 3 oyuna cəmi bir qol vuran “Selta” da məhz bu boşluqlardan istifadə edə bilər. Fikrimcə, Yaqo Aspas-Santi Mina hücum tandemi nəhayət, bu matçda – favorit “Real”la dueldə fanatlarını sevindirəcək. “Real”ın qol vuracağasına isə çətin ki, kimsə şübhə etsin.
Ümumi əmsal: 3.02.