Günün kuponu – 31.01.2024
Bəhreyn – Yaponiya – 1-ci hissə – Yaponiya
Asiya Kubokunun daimi favoritlərindən olan Yaponiya millisi 1/8 final matçının aşkar favoritidir. Bəhreyn yığması qrupdan çıxmaqla minimum vəzifənin öhdəsindən gəlib. “Yapon səddi”ni keçmək onlar üçün çox çətin görünür. İndiyədək Yaponiya 2 dəfə bu rəqibə uduzsa da, məncə, bu dəfə sensasiyaya imkan verilməyəcək. “Gündoğar ölkə”nin komandası artıq ilk yarıda qələbənin əsasını qoyacaq.
İran – Suriya – 1
Komandaların adları hər şeyi deyir. Suriya millisi hər nə qədər xoş təsir bağışlasa da, İranla bacaracaq səviyyədə deyil. Məncə, cənub qonşumuz 1/4 finala vəsiqənin taleyini elə oyunun əsas vaxtında həll ecəcək.
“Tottenhem” – “Brentford” – 2,5 ÜST
Statistik göstəricilər bu matçın məhsuldar keçəcəyinə işarə edir. Belə ki, 21 turda 44 qol vuran “Tottenhem”in hücum xətti ortalama hər oyuna 2 qolla fərqlənir. Eyni zamanda “Hotspurlular”ın müdafiə xətti o qədər etibarlı deyil. Hər halda 21 oyunda qapısnda 31 qol görmək yaxşı göstərici deyil. Eyni sözlər qapısından 33 top buraxmış “Brentford”un da müdafiəsinə aiddir. Rəqib hücumçulara bu qədər “şans verən” 2 “müdafiə xətti” məncə, oyunun bol qollu keçməsinə səbəb olacaq.