Günün kuponu – 30.11.2023
“Frayburq” – “Olimpiakos” 1
Almanlara növbəti mərhələni rəsmiləşdirmək üçün 1 xal lazımdır. Qonaqları isə əksinə yalnız qələbə xilas edə bilər. Sentyabrda səfərdə yunanları üstələyən “Frayburq”un evdə də uğur qazanacağını düşünürəm.
“Makkabi Hayfa” – “Renn” 2
Lider “Renn” səfərdə qrupun autsayderinə qarşı mübarizə aparacaq. “Makkabi” ölkədəki vəziyyətlə bağlı oyunları Macarıstanda keçirir. Üstəlik komandanın heyətlə də bağlı problemləri qalır. Fikrimcə Fransa təmsilçisi bu oyunda da qələbə qazanacaq.
“Sparta” – “Betis” QOL/QOL
Çexiya çempionatında ardıcıl 3 turda qələbə qazanan “Sparta” növbəti oyunu evdə keçirəcək. Avrokuboklarda qalmaq üçün meydan sahibləri “Betis”dən xal almalıdı.