Günün kuponu – 29.08.2024

Günün kuponu – 29.08.2024

Las Palmas – Real Madrid 2

Qeyri-adi bir variant deyil. “Real” rəqibindən müqayisəyə gəlməyəcək dərəcədə üstündür. Bu oyunda yalnız sensasiya “Kral Klubu”nu 3 xaldan edə bilər, ona da inanmıram. Çempionata xal itkisi ilə başlayan “Real” əsas rəqiblərindən uzaq düşməmək üçün növbəti “büdrəməyə” yol verməz.

Beşiktaş – Luqano QOL/QOL

İstanbuldakı matça 3:3 bitən ilk oyunun davamı kimi baxıram. Məhsuldar hücum xətti və bərbad müdafiəsi olan 2 komandanın duelində qarşılıqlı qollar ilk ağlagələn variantdır.

Boraç Banya Luka – Ferentsvaroş 2

İlk oyunda “Ferentsvaroş”un öz meydanında Bosniya və Hersoqovina təmsilçisinə qalib gələ bilməməsi (0:0) sensasiya kimi qiymətləndirilmişdi. Fikrimcə, macarlar cavab matçında səhvini düzəldəcək. Rəqib meydanında olsa da, qələbə qazanacaqlar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Mamardaşvili “Liverpul”da

Növbəti yazı

Sürpriz kupon – 29.08.2024