Günün kuponu – 29.07.2023

Günün kuponu – 29.07.2023

“Tirol” – “Klaqenfurt” QOL/QOL
Avstriya Bundesliqasında yeni mövsümə start verilir.
“Tirol” son çempionatda elitada yerini çətinliklə qorudu.
“Klaqenfurt” ilk “altılıq”da olsa da, avrokuboklara gedə bilmədi.
Bu komandalar arasında son 5 matçdan dördü qol/qol gəlib. Bu dəfə də qarşılıqlı qollara ümid var.

“Veyle” – “Kopenhagen” 2
Danimarka çempionatının ən titullu klubu bu tur debütantın qonağı olacaq.
“Veyle” açılış turunda uduzub, paytaxt klubu isə aktivinə 3 xal yazıb.
“Kopenhagen” Çempionlar Liqasında da ilk görüşdə səfərdə qalib gəldi.
Matçın aşkar favoriti qonaqlar olsa da, onlar “Veyle” ilə son matçdakı xal itkisini unutmamalıdırlar – 0:0.

“Stabek” – “Mölde” QOL/QOL
“Mölde”ni qarşıda HİK-lə Çempionlar Liqasının vacib cavab oyunu gözləyir. Norveç klubu ilk görüşdə 0:1 uduzduğundan cavab matçında tam gücü ilə oynayacaq. Ona görə də ola bilər “Stabek”lə qarşılaşmada bəzi aparıcı futbolçulara istirahət verilsin.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Buffon futbolçu karyerasını bitirir

Növbəti yazı

Sürpriz kupon – 29.07.2023