Günün kuponu – 29.03.2023

Günün kuponu – 29.03.2023

“Çeltenhem” – “Şeffild Yunayted” – QOL/QOL

“Şeffild Yunayted”in İngiltərənin 1ci Liqasında liderliyə yüksəlmək üçün yaxşı imkanı var. Bu görüşdə qələbə Şeffild təmsilçisini zirvəyə yüksəldəcək. Amma fikrimcə, bu heç də asan başa gəlməyəcək. “Çeltenhem”lə əvvəli oyunlarda olduğu kimi bu qarşılaşmanın da məhsuldar keçəcəyini təxmin edirəm.

Kosta-Rika – Panama 2,5 ALT

KONKAKAF zonasında Millətlər Liqasının son qrup oyunu. Play-offa çıxmaq üçün hazırki qrup lideri Panamaya 1 xal da kifayətdir. Kosta-Rikaya isə mütləq qələbə lazımdır. Ağır oyun olacağını gözləyirəm. Ona görə 2,5 alt variantına üstünlük verirəm.

“Rizəspor” – “Manisa” – QOL/QOL

Türkiyə 1ci Liqasında çıxış edən bu komandaların hər ikisi məhsuldar hücum xəttinə sahibdir. Rizə klubu 26 turda 41 qol vurub, Manisa təmsilçisi isə 37. Öz aralarındakı görüşlərdə də həmişə qarşılıqlı qollar qeydə alınıb. Bu dueldə də qol/qol olacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“İnter”də yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 29.03.2023