Günün kuponu – 28.01.2023
“Bavariya” – “Ayntraxt” – QOL/QOL
“Bavariya”nın qış tətilindən sonra keçirdiyi hər 2 matç 1:1 hesabıyla yekunlaşıb. Məncə, artıq yetər! Münhen təmsilçisi cəmi 5 xal fərqlə qabaqladığı “Ayntraxt”la matçda 2023-də ilk qələbəsini qazanmağa çalışacaq. Amma Frankfurt klubu da adi rəqib deyil. Hazırda 17 oyuna 36 qol vurmaqla Bundesliqada “Bavariya” (51 qol) və “Leypsiq”dən sonra ən məhsuldar 3-cü komandadır. Qarşılıqlı qollar bu oyun üçün məncə, ən uyğun variantdır.
“Kremonese” – “İnter” – 2
“İnter” ötən tur öz meydanında “Empoli”yə uduzmaqla (0:1) hamını təəccübləndirdi. Daha bir xal itkisi “İnter”i hətta 4-cü yerdən 6-cı sıraya endirə bilər. Aralarındakı 12 dueldən indiyədək yalnız birində “Kremonese”yə uduzan “neradzurra” çətin ki,
sürprizə imkan versin.
“Hoffenhaym” – “Borussiya Münhenqladbax” – 1ci hissə cüt şans 12
Qış tətilindən sonra hər iki komanda qələbə qazana bilməyib. Hücum futbolu və məhsuldar oyun gözləyirəm. Amma 2,5 üstə verilən 1,47 əmsaldansa, daha yüksək – 1,51 əmsala – ilk yarının heç-heçə bitməyəcəyinə mərc edirəm.