Günün kuponu – 27.06.2024

Günün kuponu – 27.06.2024

Panama – ABŞ 2

Kopa Amerikanın ev sahibləri bu görüşün favoritidir. ABŞ yığması bütün komponentlərdə Panamadan üstün görünür. Amerika kubokunun ən zəif yığmalarından olan Panama seçməsi çətin ki, sürpriz etsin. ABŞ millisinin asan qələbə qazanacağını ehtimal edirəm.

Uruqvay – Boliviya QOL/QOL

Uruqvay bu cütün favroritidir. Onların hücum xətti nə qədər güclü olsa da, müdafiə planında zəif təsir bağışlayırlar. Tək Arauxo ilə iş bitmir. Boliviyanın hücum potensialını nəzərə alaraq, bu matç üçün Qol/Qol seçimi tövsiyə edirəm.

Sao Paolo – Criciuma 2,5 ÜST

Görüşün favoriti olan Sao Paolonun böyük hesablı qələbə qazanacağını düşünürəm. Qonaqların da qol vurmaq imkanları olacaq. Düşünürəm ki, bu görüşdə ən azı 3 qol görə biləcəyik. Odur ki, 2,5 üst seçimi pis seçim olmaz.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”nin baş məşqçisi bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 27.06.2024