Günün kuponu – 27.04.2022

Günün kuponu – 27.04.2022

“Bolonya” – “İnter” – 2 [nowbetnow-dynamic dyn_code=1353]

Bu qarşılaşma 20-ci turdan təxirə salınan olsa da, hazırda – 34 turdan sonra nəticəsi daha əhəmiyyətlidir. Lider “Milan”dan bir oyun az keçirən “İnter” bu matçı qazanarsa, liderliyi ələ keçirəcək. A seriyasında yerini qoruyan, cədvəldə avrokubok zonasından çox uzaq düşən “Bolonya” çətin ki, “İnter”in “zirvəyə yüksəlməsinin” qarşısını ala bilsin.

“Liverpul” – “Vilyareal” – 1 [nowbetnow-dynamic dyn_code=1354]

“Liverpul” böyük əzmlə həm premyer liqa, həm də ÇL-də çempionluq uğrunda mübarizə aparır. Heyət baxımından “Vilyareal” ı çox üstələyən Yurgen Klopun komandasının qələbəsinə çox inanıram. Digər yarımfinal cütü ilə müqayisədə “Liverpul”un işi daha asan görünür. İnanmıram ki, bu şansı əldən versinlər.

“Fiorentina” – “Udineze” – 1 [nowbetnow-dynamic dyn_code=1355]

Ötən tur autsayder “Salernitana”ya sürpriz məğlubiyyət (1:2) “Fiorentina”ya ağır zərbə oldu. Onlar 20-ci turdan təxirə salınan bu matçı qazanmaqla avrokuboklara sonuncu  vəsiqəni verən 6-cı sıranı ” Latsio”dan ala bilərlər. İddiasız  “Udineze” üçün sadəcə, stimul qalmayıb. Niyə, nə üçün, hansı hədəf uğurunda oynamaq sualı udinelilər üçün əhəmiyyətini artıq itirib. Ona görə daha motivasiyalı, istəkli “Fio”nun bu matçda qalib gələcəyini düşünürəm.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Napoli”nin Qasperini planı

Növbəti yazı

Sürpriz kupon – 27.04.2022