Günün kuponu – 26.07.2024

Günün kuponu – 26.07.2024

Krılya Sovetov – Rostov QOL/QOL

İlk turda qələbə qazana bilməyən komandaların görüşündə kimin aşkar favorit olduğunu söyləmək çətindir. Amma hər iki komandanın hücum potensialı nəzərə alınmalıdır. Məncə bu görüşdə hər iki komandanın fərqlənmək imkanı olacaq. Qol/qol seçimini tövsiyə edirəm.

İtuano – Villa Nova 2,5 ÜST

Braziliya B Seriyasının favoritlərindən olan Villa Nova çətin səfər gözləyir. Baxmayaraq ki, İtuano son pillələrdə yer alıb. Meydan sahiblərinin risk alması qaçılmazdır. Bizi açıq futbol gözləyir. Düşünürəm ki, bol qollu qarşılaşma olacaq.

Trans Narva – Nomme United 1

Estoniya çempionatında Avrokubok iddialılarından olan Trans Narva zəif rəqibi ilə görüşdə qələbəyə yaxın tərəf kimi görünür. Əmsallar da, statistika da meydan sahibləri “deyir”. Günün kuponu üçün “Trans Narva”nın qələbə qazanacağı mərcini təklif edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

En-Nesri “Fənərbaxça”da

Növbəti yazı

Sürpriz kupon – 26.07.2024