Sürpriz kupon – 26.07.2024

Sürpriz kupon – 26.07.2024

Banga Gargzdai – Kauno Jalqris 1

Bukmeykerlər Kaunonun qələbə qazanacağına inanır. Amma biz sürpriz axtarışındayıq. Evdə yaxşı təsir bağışlayan Banga sürpriz etməyə qadirdir. Son oyunların statistikası da buna ümid verir. Kauno Jalqris üçün Banga münasib rəqib kimi görünmür. Sürpriz kupon olduğunu nəzərə alaraq, risk etməyə dəyər.

Brügge – Mexelen 3,5 ÜST

Belçika çempionatında mövsümün açılış oyununda bizi bol qollu qarşılaşma gözlədiyinə inanıram. Matçın, həm də liqanın favoriti olan Brügge doğma azarkeşləri önündə mövsümə böyük hesablı qələbə ilə başlamaq istəyəcək. Mexelenin də qol vuracağını ehtimal etsək, bu matçda ən azı 4 qolun vurulacağını düşünmək olar.

Atlanta United – DC United 2

ABŞ, Kanada və Meksika klublarını mübarizə apardığı Liqalar Kubokunda gecənin sürprizi bu oyun ola bilər. Atlanta kağız üzərində favorit olsa da, Vaşinqton təmsilçisi DC Unitedin qələbə qazanacağını düşünürəm. Süpriz axtarışında olanlar üçün yaxşı seçim ola bilər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 26.07.2024

Növbəti yazı

Millimiz Ermənistanı məğlub etdi