Günün kuponu – 26.01.2024

Günün kuponu – 26.01.2024

Ayntraxt Frankfurt – Maynts 2,5 ÜST

Zənimcə, bu görüşdə “Ayntraxt” qələbəyə yaxındır. Lakin, “Maynts”ın asan təslim olmayacağını düşünürəm. Ayntraxt – Maynts oyununda bol qollu qarşılaşma olacağını ehtimal edirəm. 2,5 Üst seçimi bu matç üçün uyğun seçim olar.

Turan Tovuz – Səbail QOL/QOL

Bu görüşdə kimin qalib gələcəyini ehtimal etmək çətindir. Amma hər iki komandanın fərqlənəcəyini zənn edirəm. Günün kuponunda qol/qol mərci daha məntiqli görünür.

Zvolle – Vitess 1

“Zvolle” doğma meydanında təkcə böyük klublarla görüşlərdə əziyyət çəkir. “Vitess” ilə görüş onlar üçün problem olmamalıdır. Odur ki, “Zvolle”nin qələbə qazanacağını ehtimal edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün şansı – 26.01.2024

Növbəti yazı

Sürpriz kupon – 26.01.2024