Sürpriz kupon – 26.01.2024
Kalyari – Torino 1
Ranyerinin “Kalyari”si mövsümə pis başlasa da, son turlarda toparlanmağı bacarıb. Bu cütün favoriti “Torino” olsa da, “Kalyari” sürprizə qadirdir. Sürpriz kupon olduğunu nəzərə alaraq, risk etməyə dəyər.
Çelsi – Aston Villa 2,5 ÜST
Bu dueldə açıq futbol olacağını ehtimal edirəm. Həm “Çelsi”, həm də “Aston Villa” zamanın çoxunu hücumda keçirməyə çalışacaq. Fikrimcə, bizi bol qollu qarşılaşma gözləyir.
Katanzaro – Palermo 2
Turnir cədvəlində qonşuların dueli. Bu görüş A seriyasına qayıdışı hədəfləyən “Palermo” üçün dönüş nöqtəsi ola bilər. Ona görə siciliyalıların “Katanzaro”nu məğlub etmək üçün əllərindən gələni edəcəklərini düşünürəm. Məncə, sürpriz axtarışında olanlar bu görüşdə “Palermo”nun qələbəsinə mərc edə bilər.