Günün kuponu – 26.01.2023

Günün kuponu – 26.01.2023

“Qroningen” – “Kambur” QOL/QOL
Niderland çempionatında autsayderlərin duelində favorit yoxdur. Meydan sahibləri 12 xalla 16-cı yerdədir. “Kambur” isə son pillədə qərarlaşıb. Bir-birilərindən çəkinməyən rəqiblərin duelindən qol\qol gözləyirəm.

“Valensiya” – “Atletika Bilbao” ALT2.5
İspaniya Kubokunda 1\4 final mərhələsi. Əvvəlki mərhələdə qonaqlar “Espanyol” üzərində qələbə qazanıb. “Valensiya” 1\8 finalda “Sportinq Xixon”u inamlı qələbə ilə üstələyib (4-0). Fikrimcə tərəflər açıq mübarizə aparmayacaq.

“Melburn Viktori” – Sidney FK ÜST2.5
Avstraliya Liqasında 14-cü turda uğursuz çıxış edən iki klub üz-üzə gələcək. Meydan sahibləri son pillədədir. Qonaqlar rəqibi 3 xal qabaqlamaqla 10-cudur. Bu oyundan məhsuldar nəticə gözləyirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Zirə” 3 xalı 3 qolla qazandı

Növbəti yazı

Sürpriz kupon – 26.01.2023