Günün kuponu – 24.12.2023
Vulverhempton – Çelsi Q-Q
Hər iki komanda turnir cədvəlinin ortalarında qərarlaşıb. Stabil oyunlar göstərmirlər. Aralarında cəmi 3 xal fərq var. Aşkar favorit bu oyunda yoxdur. Proqnoza ən uyğun variant qol-qoldur.
Motervell – Reyncers 2
Ev sahibi 18 oyundan sonra 16 xalla turnir cədvəlinin təhlükəli zonasında yerləşir. Qonaq komanda liderdən 2 xal geri qalır. Çətin ki əlinə düşən bu fürsəti qaçırsın. Qələbə sayəsində liderliyə yüksələcək.
Adana-D – Antalyaspor 1
Ev sahibinin qollar vurub qələbə qazanmaq potensialı yüksəkdir. Son oyunlar bunu göstərir. Stabil oyun nümayiş etdirməyən qonaqlar müdafiədəki səhvlər üzündən tez-tez məğlub olurlar. Ev sahibi azarkeş dəstəyi nəticəsində növbəti qələbəyə çox yaxındır.